×

منوی اصلی

LENT

Bu gün : 9 May, 2024  .::.   ‌ərabərdir : Thursday 9 May 2024  .::.  Yayımlanan xəbərlər : 63 xəbər
Qarabağda ermənilərin tərksilahı davam edir

Rusiya sülhməramlı kontingentinin xəbər bülleteninə əsasən, sentyabrın 22-nə olan məlumata görə, altı ədəd zirehli texnika, 800-dən çox atıcı silah və tank əleyhinə silahlar, 5000-ə yaxın döyüş sursatı təhvil verilib.

Həmçinin bildirilir ki, sülhməramlılar Laçın və Ağdam yolları ilə Qarabağın mülki əhalisi üçün humanitar yüklərin çatdırılmasını təmin edirlər. Ümumilikdə 50 tondan çox ərzaq çatdırılıb.

Rusiya sülhməramlı kontingentinin bazasında hazırda öz evlərinə qayıda bilməyən 440-ı uşaq olmaqla 826 mülki şəxs var. Onların yaşayışı, qidalanması və tibbi yardımı təşkil edilib”, - deyə məlumatda bildirilir.

Digər tərəfdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə göndərilən humanitar yük, sakinlərə çatdırılıb.

APA-nın xəbərinə görə, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb və yardımı ünvanına çatdırıb.

Bundan əlavə, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Qarabağ bölgəsinin erməniəsilli əhalisi üçün 1 000 yerlik çadırlar qurub.

Report-un məlumatına görə, çadırlar Kəlbəcər, Füzuli və Ağdam rayonlarında yerləşdirilib. Sakinlərə xidməti polis əməkdaşları göstərib.

Qeyd edək ki, Azərbaycan Respublikası sentyabrın 19-da Qarabağdakı silahlı erməni separatçılarına qarşı əməliyyata başladı. Bir gün sonra separatçılar təslim olmaq məcrubiyyətində qaldılar və Qarabağ sakinlərinin nümayəndələri adlandırılan əslində separatçıları təmsil edən şəxslər Yevlaxda Azərbaycan Respublikası dövlətinin nümayəndələri ilə görüşdə rəsmi Bakının təklifləri ilə razılaşdılar. Deyilənlərə görə həmin razılaşmaya əsasən Qarabağdakı qanunsuz hərbi birləşmələr tərk silah edilməlidir. Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev isə bildirib ki, silahı yerə qoyan hər bir erməni bağışlanacaq.

 

Etiketler:

  • Sizin göndərdiyiniz baxışlar idarəetmə komandası tərəfindən təsdiqləndikdən sonra internetdə dərc olunacaq.
  • Böhtan və ya böhtan ehtiva edən mesajlar dərc edilməyəcək.
  • Fars dilindən başqa və ya əlaqəsi olmayan mesajlar dərc edilməyəcək.