Qrup : Siyasi
hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisi çərşənbə günü axşam saatlarında Yohannesburqa yola düşməzdən əvvəl Mehrabad hava limanında Cənubi Afrikaya səfərinin məqsədləri barədə deyib: “Bu səfər BRİKS-ə sədrlik edən Cənubi Afrika Prezidentinin rəsmi dəvəti ilə və BRİKS sammitində iştirak etmək məqsədi ilə həyata keçirilir.”
Prezident əlavə edib: “İran İslam Respublikası xarici siyasətində dünyanın bütün müstəqil dövlətləri ilə münasibətləri öz gündəminə qoyub. BRİKS müstəqil ölkələri ortaq məqsədlə iqtisadi əməkdaşlıq və təkqütblüyə qarşı bir araya gətirməyi bacarıb.
Prezident bu səfərin məqsədlərinə toxunaraq deyib: “Bu səfərin birinci məqsədi sammitdə iştirak etmək və İran İslam Respublikasının mövqelərini açıqlamaqdır. Digər məqsədi isə BRİKS və bu sammitdə iştirak edən ölkə başçıları ilə ikitərəfli görüşlər keçirməkdir. Bütün bu görüşlər İranla digər ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək.”
Nəzərdə tutulan görüşlərin BRİKS-ə üzv ölkələr arasında potensialların mübadiləsinə səbəb olacağın vurğulayan Prezident bu səfərin İranın siyasətlərini həyata keçirmək üçün bir addım olacağına ümid etdiyini bildirib.
Prezident bunu da qeyd edib ki, səfərin yan görüşləri İranın siyasətlərinin tərkib hissəsi olan regional və regiondankənar birliklərlə İranın əlaqələrini inkişaf etdirmək məqsədi ilə həyata keçirilir.
Rəisi dünyanın bütün müstəqil ölkələri ilə əlaqələrin İranın xarici siyasətinin gündəmində olduğunu vurğulayaraq deyib: “BRİKS kollektiv şəkildə inkişaf edə bilər.”
https://az.hamnava.ir/News/Code/4012556
0 Təsdiqlənmiş görünüş