Qrup : Siyasi

Prezident Pezeşkian iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluğunu ifadə edərək bildirib:
İran İslam Respublikası ilə İraq arasındakı əlaqələr nümunəvi səviyyədədir və bu münasibətlərin daha da genişlənməsi təkcə ikitərəfli müstəvidə deyil, həm də digər İslam ölkələri ilə əməkdaşlığa təkan verərək təhlükəsizlik, iqtisadiyyat, elm və mədəniyyət sahələrində həmkarlığı dərinləşdirə bilər.
Pezeşkian qeyd edib: Diplomatik nümayəndə heyətlərinin mütəmadi mübadiləsi və iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri qarşılıqlı anlaşmanı, həmrəyliyi və ikitərəfli, regional və beynəlxalq məsələlərdə ortaq baxışın formalaşmasını gücləndirir.
Prezident vurğulayıb: İslam dünyasında birlik və həmrəylik möhkəmləndikcə, ABŞ və sionist rejimin region xalqlarına qarşı fitnə və planları nəticəsiz qalacaq.
O, İran İslam Respublikasının birliyə əsaslanan baxışına işarə edərək deyib:
Biz inanc baxımından, İraq xalqını və Kürdüstan bölgəsinin əhalisini etnik və məzhəbi fərqlərdən asılı olmayaraq, öz qardaşlarımız hesab edirik. İslam ümmətinin izzət və ucalığının sirri isə qardaşlıq bağlarının möhkəmləndirilməsində və düşmənlərin yaratdığı daxili ixtilaflardan uzaq durmaqdadır.
https://az.hamnava.ir/News/Code/9719357
0 Təsdiqlənmiş görünüş