Qrup : İdman
İran İslam Respublikasının Tacikistandakı səfiri Əlirza Həqiqiyan mərasimdəki çıxışında deyib ki, Rudəki öz dəyərli həyatı boyu bir çox şerlər yazıb və əsərlər yaradıbdır.
İran səfiri əlavə edib: Rudəki öz dahiyanə və fəlsəfi təfəkkürlərini şer formasında bəşəriyyətə təqdim edib və tarix boyu ədəbiyyat və incəsənət səmasının ulduzları arasında çox parlaq olubdur.
İran səfiri həmçinin söyləyib: Rudəki humanitarizmə israr edərdi. Bu aqil şair natiqliq fənlərinə yiyələnmək, həmçinin müxtəlif səpkilərdə şer demək və qəhrəmanlıq dastanları söyləmək məharətinə malik olmaqdan əlavə, musiqi və çalğıçılıqda da mahir idi.
İran səfiri sonra belə qeyd edib: Əcdadlarımızdan qalmış ən dəyərli və ən qiymətli irs, bizim mədəniyyətimizdir. Bu mədəniyyət min illər boyu yazılar və nəğmələr vasitəsilə və ya şifahi və əzbər şəkildə bir nəsildən digər bir nəsilə ötürülübdür ki, bu yolda fars dili əsas və təyinedici rola malik olubdur.
Həqiqiyanın sözlərinə görə: Rudəkinin şer və əsərləri min ildən çoxdur ki, fars dilinin qorunması sahəsində böyük rol oynayır.
https://az.hamnava.ir/News/Code/9009856
0 Təsdiqlənmiş görünüş