×

منوی اصلی

LENT

Bu gün : 22 January, 2025  .::.   ‌ərabərdir : Wednesday 22 January 2025  .::.  Yayımlanan xəbərlər : 116 xəbər
Prokuror İranda istintaqın hələ açıq olduğunu deyir

Tehranın prokuroru Əli Salihi bu barədə deyib: “Tehran Cinayət Prokurorluğunda məhkəmə istintaqı başa çatdıqdan sonra, bu iş üzrə müttəhim Azərbaycan vətəndaşını səfirlik daxilində odlu silahdan istifadə etməklə qəsdən öldürmək, silah satın almaq, gəzdirmək və saxlamaqda ittiham edilib”.

O bildirib ki, təqsirləndirilən şəxsə qanunsuz silah-sursat, o cümlədən 1 “Kalaşnikov”, 1 tapança da daxil olmaqla ictimai asayişin pozulması ittihamı da irəli sürülüb və istintaq əlavə araşdırma üçün hələ açıqdır.

Əli Salehi sonra Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə basqın edən şəxslə bağlı məhkəmə prosesinin kifayət qədər sürətlə və dəqiqliklə izlənildiyini vurğulayıb.

Tehranın prokuroru qeyd edib ki, qərəzli ünsürlər tərəfindən İran və Azərbaycan arasında münasibətləri pozmaq məqsədi ilə dezinformasiya yayılmasına baxmayaraq, bu işə dövlət orqanlarının sıx əməkdaşlığı ilə baxılıb və məhkəmə prosesi ittiham aktının verilməsi mərhələsi gəlib çatıb.

Cənab Salehi Azərbaycanın məhkəmə sistemi ilə qarşılıqlı əlaqənin  olduğuna xatir işə ədalətli baxıldığını söyləyib və iki ölkə arasında məhkəmə əməkdaşlığı prosesinin sona qədər davam edəcəyinə və təqsirləndirilən şəxslərə ədalətli hökm çıxarılacağına ümid etdiyini bildirib.

Etiketler:

  • Sizin göndərdiyiniz baxışlar idarəetmə komandası tərəfindən təsdiqləndikdən sonra internetdə dərc olunacaq.
  • Böhtan və ya böhtan ehtiva edən mesajlar dərc edilməyəcək.
  • Fars dilindən başqa və ya əlaqəsi olmayan mesajlar dərc edilməyəcək.