×

منوی اصلی

LENT

Bu gün : 6 October, 2024  .::.   ‌ərabərdir : Sunday 6 October 2024  .::.  Yayımlanan xəbərlər : 94 xəbər
Azərbaycan səfirliyinə hücum edən şəxsə hökm oxunması xəbəri təkzib edilib

Azərbaycan Respublikası televiziyası xəbər yayaraq Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin edam cəzasına məhkum edildiyini bildirib.

İRNA-nın Azəbaycan bölməsinin məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, məhkəmə hələlik bununla bağlı qərar çıxarmayıb.

Məlumatlı mənbələrin bildirdiyinə görə, prokuror ittiham aktında Azərbaycan səfirliyinə hücum edən şəxsə ağır cəza (edam) istəyib və iş hakimin hökmünü gözləyir.

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan daha əvvəl Azərbaycan səfirliyinə hücum edən şəxsin işinin vəziyyəti ilə bağlı açıqlamasında bildirmişdi: “Ümid edirik ki, tezliklə bununla bağlı məhkəmə qərarını görəcəyik. Məhkəmə Sistemi İslam Respublikasında müstəqil bir qurumdur. Amma müvafiq prokurorluq rəsmilərinin bizə bildirdiklərinə əsasən, İran İslam Respublikasında diplomatların və diplomatik yerlərin təhlükəsizliyi ilə bağlı Məhkəmə Sistemində yüksək həssaslıq və diqqət var. Hər hansı bir günahkar şəxsə ağır cəza verilməsi məhkəmə sisteminin fərziyyələrindən biridir.”

Etiketler:

  • Sizin göndərdiyiniz baxışlar idarəetmə komandası tərəfindən təsdiqləndikdən sonra internetdə dərc olunacaq.
  • Böhtan və ya böhtan ehtiva edən mesajlar dərc edilməyəcək.
  • Fars dilindən başqa və ya əlaqəsi olmayan mesajlar dərc edilməyəcək.