Qrup : Sosial
"TRThaber"in məlumatına görə, leysan nəticəsində küçələri su basıb.
Güclü yağışlar nəticəsində Başakşehir rayonunun bəzi yerlərdə suyun səviyyəsi rekord səviyyədə qalxıb.
Nəticədə evlərin birinci mərtəbəsini su basıb, nəqliyyat vasitələrini yağış suları aparıb. Yerli hakimiyyət sakinləri evdə qalmağa çağırıb.
Səhiyyə naziri Fahrettin Koca deyib ki, güclü yağışlar iki nəfərin ölümünə səbəb olub: "Beş nəfər də xəsarət alıb. Hadisələrlə bağlı 52 təcili tibbi yardım avtomobili fəaliyyət göstərir".
İlkin qiymətləndirmələrə görə, 1754 ev və iş yerinə ziyan dəyib.
https://az.hamnava.ir/News/Code/4301914
0 Təsdiqlənmiş görünüş