×

منوی اصلی

LENT

Bu gün : 7 December, 2024  .::.   ‌ərabərdir : Saturday 7 December 2024  .::.  Yayımlanan xəbərlər : 107 xəbər
Niyə insanlar evlənmir, evlənənlər uşaq gətirmir?

Azərbaycan Respublikasında ötən tədris ili üçün 152 minə yaxın şagirdin birinci sinfə gedəcəyi proqnozlaşdırılsa da, bu il onların sayı 123300 olub.

Sputnik Azərbaycan millət vəkili Razi Nurullayevə istinadla bildirib ki, birinci sinfə gedən şagirdlərin sayının azalması ciddi siqnaldır. Bu, əhali sayının, eləcə də nikaha daxil olanların sayının azalması ilə əlaqədardır:

Deputat evlənmələrin sayının azalması və azuşaqlılıq fenomeninin yayılmasının səbəbini sosial çətinliklərdə görür:

"1-ci sinfə gedəcək şagirdlərin sayının il-ildən azalması Azərbaycan əhalisinin sayının azalması deməkdir. Uşaq yeməklərinin qiyməti çox bahadır. Bir uşağı süni uşaq qidası ilə təmin etmək ailəyə minimum 200 manata başa gəlir. Nəticədə valideynlər artıq bir-iki uşağa üstünlük verməyə başlayırlar. 1-ci sinfə gedəcək şagirdlərin sayının azalması həm də ailə quranların sayının azalması ilə bağlıdır. Gənclər ailə yükündən qorxurlar. Tanıdığım insanlar var ki, yaşı 30-u ötsə də, ailə qurmaq istəmir. Çünki, gənclərin işlə təminatda ciddi problemlər var. Şagird sayının azalmasının səbəbini insanların dolanışığındakı sosial çətinlikdə görürəm",- millət vəkili Razi Nurullayev deyib.

Deputat ölkədəki mövcud şəratinin davam edəcəyi təqdirdə demoqrafik böhranın böyüyəcəyini də vurğulayıb. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin və Elm və Təhsil Nazirliyinin məlumatına görə, son 4 təhsil ilində birinci sinf şagirdlərinin sayında 7 min azalma müşahidə olunur.

Məlumatda bildirilir ki, 1990-1991-ci tədris ilindən 2021-2022-ci tədris ilinədək birinci sinfə gedən şagirdlərin sayında ən böyük artım 1993-1994-cü ildə olub. Bu illərdə ümumtəhsil müəssiələrinin birinci sinfinə 189000-ə yaxın şagird gedib.

 

Etiketler:

  • Sizin göndərdiyiniz baxışlar idarəetmə komandası tərəfindən təsdiqləndikdən sonra internetdə dərc olunacaq.
  • Böhtan və ya böhtan ehtiva edən mesajlar dərc edilməyəcək.
  • Fars dilindən başqa və ya əlaqəsi olmayan mesajlar dərc edilməyəcək.