×

منوی اصلی

LENT

Bu gün : 9 May, 2024  .::.   ‌ərabərdir : Thursday 9 May 2024  .::.  Yayımlanan xəbərlər : 63 xəbər
İsrail Azərbaycan torpaqlarında özünə strateji məhsul istehsal edir

Report informasiya agentliyi işğalçı rejimin mediyalarına istinadla bildirir ki, İsrail rejimi ərzaq təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Özbəkistanla taxıl sazişləri imzalayıb.

Bildirilib ki, bu sazişlər Ukraynada davam edən müharibə səbəbi ilə yaranan qlobal ərzaq böhranı fonunda İsrailin bütün buğda ehtiyaclarını təmin edəcək.

Məlumatda deyilir ki, sionist rejim Azərbaycan və Özbəkistanla imzaladığı saziş buğda tədarükü üçün müsəlman ölkələri ilə ilk regional alyansın yaradılmasına yönəldilib.

Saziş “uzunmüddətli”dir və işğalçı rejimin buğda mənbələrini diversifikasiya etmək istəyindən irəli gəlir.

Azərbaycan Respublikasının buğdaya olan tələbatı ödəyə bilmədiyi və bu stateji məhsulu Qazaxıstan və Ukraynadan idxal etməli olduğu bir şəraitdə bu ölkə torpaqlarının sionistlər üçün buğda istehsalına ayrılması ciddi tənqidlərə səbəb olur.

Qeyd olunur ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqları sionistlərin nəzarətinə verilib və onlar öz ərzaq təhlükəsizliklərini bu torpaqlar vasitəsi ilə təmin edir eyni zamanda kənd təsərrüfatı fəaliyyətləri adı altında Azərbaycanın müsəlman xalqı və qonşularına qarşı xəyanətkar və düşmənçilik planları həyata keçirir.

 Məhz buna görə də sionist rejimin kənd təsərrüfatı naziri Avi Dixter dünən sazişin imzalanma mərasimində Azərbaycan torpaqlarını dolayısı ilə işğal etməkdən məmnunluq ifadə edib və bildirib ki, qida təhlükəsizliyinin təmin edilməsi konsepsiyanın bir hissəsi olaraq, bu gün əksəriyyəti İsraildə istehsal olunmayan kənd təsərrüfatı məhsullarının təmin edilməsi üçün mühüm addım atılıb.

Sionist nazir beləliklə də işğal olunmuş Fələstin ərazilərinə cəmləşdirilmiş sionistlərin ərzaq təhlükəsizliyinin təmin olunacağını deyib.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2050-ci ilə qədər dünyada təxminən 2 milyard insan aclıqdan əziyyət çəkəcək. Buna, Ukrayna müharibəsi ilə yanaşı, iqlim dəyişikliyi və buğda istehsalının azalması da təsir edəcək. Belə bir proqnoza baxmayaraq Azərbaycan Respublikası strateji ərzaq məhsullarını idxal edir və məhz buna görə də dünya bazarlarında bu sahədə yaranan böhranlar birbaşa azərbaycanlıların süfrəsində özünü göstərir. Ərazilərin işğaldan azad edilməsindən sonra alınan torpaqların xalqın ərzaq təhlükəsizliyinin təminininə yönəldiləcəyi barədə ümidlər yaranmışdı ancaq yayılan məlumatlar göstərir ki, bu ərazilər sionist rejimin buğda və digər ərzaq məhsullarını təmin etməli olacaq.

Etiketler:

  • Sizin göndərdiyiniz baxışlar idarəetmə komandası tərəfindən təsdiqləndikdən sonra internetdə dərc olunacaq.
  • Böhtan və ya böhtan ehtiva edən mesajlar dərc edilməyəcək.
  • Fars dilindən başqa və ya əlaqəsi olmayan mesajlar dərc edilməyəcək.