Azərbaycan Respublikası Prezidenti deyib: “Əminəm ki, “İRNA Azərbaycan” İran- əlaqələrinin möhkəmlənməsinə kömək edəcək.”
Məhabad - İRNA - Qərbi Azərbaycan valisi Ərbəin zəvvarlarının qəbulu üçün lazımi tədbirlərin görüldüyünə işarə edərək dedi: Əyalətdə 80 xidmət obyekti (mokib, xeymə, hüseyniyyə və məscidlər) İmam Hüseynin (ə) Ərbəin ziyarətində iştirak edən zəvvarları və qonaqları qəbul etməyə hazırdır.
Ərdəbil Əyaləti Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin Baş direktoru bu əyalətdə turizm sənayesinin inkişafı üçün təklif edilən üç imkan və ya paketə investisiya qoyuluşu üçün özəl sektor müqaviləsinin qəbulu və imzalandığını elan edib.
Milli Seysmoloji Mərkəzinin bildirdiyinə görə ötən gecə Azərbaycanın Cəlilabad şəhəində baş verən zəlzələnin gücü Rixter cədvəli üzrə 5 bal olub.
Qərbi Azərbaycan Mədəni İrs, Əl İşləri və Turizm İdarəsinin Baş direktoru deyib: “Cari ilin 4 ayı ərzində əyalətin turizm-əyləncə mərkəzlərini 1 milyon 895 min 106, muzey və tarixi-mədəni yerlərini isə 415 min 317 nəfər ziyarət edib.”
Prezident dünyanın bütün müstəqil ölkələri ilə münasibətlərin hazırkı hökumətin xarici siyasətinin gündəmində olduğunu bildirərək deyib: “BRİKS dünyanın inkişaf edən güclərindən biridir və biz onunla əməkdaşlıq əzmindəyik.”
Prezident Administrasiyasının siyasi məsələlər üzrə müavini İran İslam Respublikasının “BRİKS” kimi tanınan qlobal inkişaf etməkdə olan iqtisadiyyatlar qrupuna daimi üzv olduğunu elan edib.