×

منوی اصلی

LENT

Bu gün : 21 November, 2024  .::.   ‌ərabərdir : Thursday 21 November 2024  .::.  Yayımlanan xəbərlər : 107 xəbər
İranın Azərbaycandakı səfiri düşmənlərin fitnəsindən yazdı

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri bildirib ki, İranla qonşuları arasında münaqişə regiondankənar düşmənlərin casusluq xidmətlərinin proqramıdır.

Səfir Seyid Abbas Musəvi bununla bağlı X sosial şəbəkəsi üzərindən etdiyi paylaşımda yazıb: İran və onun qonşuları arasında istənilən münaqişə və ixtilaf regiondankənar düşmənlərin çoxdankı istəyi və onların casusluq xidmətlərinin proqramıdır.

Diplomat sonra qeyd edib: “Bu il də İnqilab Rəhbəri növbəti dəfə olaraq 13-cü hökumətin qonşu ölkələrlə bağlı “strateji, rasional və müdrik” siyasətini təsdiqlədi və münaqişəni əməkdaşlığa çevirməyi vurğuladı. Beləliklə də İran və onun qonşuları arasında istənilən münaqişə və fikir ayrılığı regiondankənar düşmənlərin çoxdankı istəyi və onların casusluq xidmətlərinin proqramıdır”.

Etiketler:

  • Sizin göndərdiyiniz baxışlar idarəetmə komandası tərəfindən təsdiqləndikdən sonra internetdə dərc olunacaq.
  • Böhtan və ya böhtan ehtiva edən mesajlar dərc edilməyəcək.
  • Fars dilindən başqa və ya əlaqəsi olmayan mesajlar dərc edilməyəcək.