×

منوی اصلی

LENT

Bu gün : 1 July, 2025  .::.   ‌ərabərdir : Tuesday 1 July 2025  .::.  Yayımlanan xəbərlər : 178 xəbər
Şeyx Təmim iki ölkə arasında əlaqələrin genişlənməsinə təkid etdi

Prezident Pezeşkiyan bildirib ki, İranın son raket əməliyyatı sionist rejimin İran ərazisinə təcavüzündə Amerikanın birbaşa və açıq şəkildə iştirakına cavab olaraq həyata keçirilib. O qeyd edib: “Dünən baş verən hadisə yalnız Amerikanın sionist rejimin İran torpaqlarına açıq müdaxiləsinə qarşı bir cavab idi və heç bir şəkildə dost, qardaş və qonşu ölkəmiz Qətərə qarşı yönəlməyib.”

O, Qətər Əmiri və xalqına qarşı səmimi münasibət göstərərək bildirib ki, İran Qətərlə dostluq və qardaşlıq əlaqələrinə sadiqdir və Qətər dövləti ilə xalqının çətin günlərdə göstərdiyi dəstəyi yüksək qiymətləndirir.

Pezeşkiyan əlavə edib: “Bu gün sionist rejim və onun tərəfdarları anlayır ki, İran nə Qəzzədir, nə Livandır, nə də Suriyadır ki, bir neçə hücumla onu zəiflədib məqsədlərinə çatsınlar. İran xalqı sona qədər dayanıb və qanuni hüquqlarını müdafiə edəcək.”
Prezident Pezeşkiyan Qətər Əmirinə əminlik verib ki, bu əməliyyat yalnız müdafiə xarakterlidir və Qətərə qarşı yönəlməyib. O, bildirib ki, ümüd edir, yaxın vaxtlarda Dohada Əmir ilə görüşərək ikitərəfli əlaqələrin inkişafı ilə bağlı danışıqlar aparacaq.

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani isə telefon danışığında İranla münasibətləri dərin və dostcasına adlandırıb. O vurğulayıb ki, Qətər regionu sionist rejimin müharibə alovundan qorumaq üçün açıq və gizli səylər göstərir. Əmir əlavə edib: “Qətərdəki ABŞ hərbi bazası İran İslam Respublikasına qarşı heç bir fəaliyyət üçün istifadə olunmayıb və olunmayacaq.” O bildirib ki, Qətər bu bazadan İrana qarşı istənilən fəaliyyətin qarşısını qətiyyətlə alacaq.

Əmir Şeyx Təmim son hadisəni Qətər və xalqı üçün böyük bir şok adlandırsa da, İran Prezidentinin telefon zəngi və səmimi münasibətindən məmnunluq ifadə edib. O, Qətərin daha geniş perspektivə malik olduğunu və gələcəkdə İranla əlaqələrin dərinləşməsi və genişlənməsinə çalışdığını qeyd edib. Əmir ümidvar olduğunu bildirib ki, iki ölkə arasındakı münasibətlər dürüstlük və şəffaflıq əsasında inkişaf edəcək və ən qısa zamanda əməkdaşlığın artırılması yollarının müzakirəsi üçün görüş keçiriləcək.

Etiketler:

  • Sizin göndərdiyiniz baxışlar idarəetmə komandası tərəfindən təsdiqləndikdən sonra internetdə dərc olunacaq.
  • Böhtan və ya böhtan ehtiva edən mesajlar dərc edilməyəcək.
  • Fars dilindən başqa və ya əlaqəsi olmayan mesajlar dərc edilməyəcək.