×

منوی اصلی

LENT

Bu gün : 6 October, 2024  .::.   ‌ərabərdir : Sunday 6 October 2024  .::.  Yayımlanan xəbərlər : 94 xəbər
Ətraf mühitin qorunmasına siyasi məsələlər təsir etməməlidir

İRNA-nın hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisi ölkəmizin ev sahibliyi etdiyi və 50 ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən “Qum və toz fırtınaları ilə mübarizə” üzrə ilk beynəlxalq toplantıda ekoloqların, bütün hökumətlərin, beynəlxalq, regional və trans-regional təşkilatların özlərini bu qanunları kəşf etməyə və onlara hörmət etməyə borclu hesab etməli olduqlarını vurğulayaraq deyib: “İnkişaf etmiş ölkələr ancaq sənayenin inkişafı və öz hərbi avadanlıqlarının inkişafı haqqında düşünür ki, bu da bəşəriyyətə və ətraf mühitə qarşı qəddarlıqdır.”

Prezident konsensus, konvergensiya və ölkələrin iştirakını bu ortaq dərdin dərmanını tapmaq üçün həll yolu hesab edirək deyib: “BMT-nin qətnamələri çıxarılıb, regional və beynəlxalq təşkilatlar tədbirlər həyata keçirib. Bu narahatlıqlar qiymətləndirilməlidir. Lakin inkişaf etmiş ölkələrin, müstəmləkəçi sistemin və yalnız sənaye və hərbi güc haqqında düşünən müstəmləkəçi dövlətlərin bu qətnamələrə nə qədər diqqət yetirmələri araşdırılmalıdır.”Prezident əlavə edib: “Ətraf mühitin mühafizəsinə siyasi məsələlər təsir etməməlidir. Çünki ona siyasi məsələlər və diplomatiyanın adi və formal hərəkətləri təsir edərsə, heç bir nəticə əldə olunmaz.”

Prezident deyib: “Diplomatiya və siyasi formal addımlar müvafiq sahələr üçün olmalıdır. Ətraf mühitin qorunması isə humanitar bir işidir, diplomatik və siyasi formal addımlardan kənarda düşünülməli olan ortaq məsələdir və icra mərhələsində bu iş dayanmadan izlənməlidir.”

Ayətullah Rəisi bu iclasda iştirak edən ölkələrə təklif təqdim edərək deyib: “Ətraf mühit məsələsi bir ölkə və ya iqlim və ya bölgəyə aid deyil, əksinə hamının düşünməli olduğu ümumi bir məsələdir və bunun üçün ümumi baxış lazımdır. Bu görüşə təklifim ondan ibarətdir ki, biz ətraf mühitə birlikdə və hər hansı siyasi şübhələrdən, adi və formal diplomatiyadan uzaq baxmaqla, habelə həll yolları təqdim etməklə, elmi və tədqiqat mərkəzlərindən faydalanmaqla problemlərin həllinə kömək edə bilərik.”

Prezident elmi, tədqiqat və araşdırma işlərinin qərarların əsası olduğunu söyləyərək, iclas iştirakçılarını elmi-tədqiqat fəaliyyətlərini və tapıntılarını bölüşməyə çağırıb.

O vurğulayıb: “İnkişaf etmiş ölkələr öz maraqları naminə ətraf mühitə təhlükə yaratmamalıdırlar və təbiətdən düzgün istifadəyə hakim olan təbiət qanunları pozulmamalıdır.”

Etiketler:

  • Sizin göndərdiyiniz baxışlar idarəetmə komandası tərəfindən təsdiqləndikdən sonra internetdə dərc olunacaq.
  • Böhtan və ya böhtan ehtiva edən mesajlar dərc edilməyəcək.
  • Fars dilindən başqa və ya əlaqəsi olmayan mesajlar dərc edilməyəcək.