×

منوی اصلی

LENT

Bu gün : 5 November, 2025  .::.   ‌ərabərdir : Wednesday 5 November 2025  .::.  Yayımlanan xəbərlər : 225 xəbər

İranın xarici işlər naziri Əraqçi Sudan xarici işlər naziri ilə telefon danışığı zamanı bildirib: Terrorizm və günahsız insanlara qarşı zorakılıq dünyanın istənilən yerində və istənilən formada daim pislənməlidir.

...

 İran Prezidenti Məsud Pezeşkian bu gün, oktyabrın 21-də İraq Milli Təhlükəsizlik müşaviri Qasım əl-Ərci və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb. O, Tehran–Bağdad münasibətlərinin bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

...

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan edib: Ölkəsi Ermənistana malların tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb.

...

Azərbaycan Milli Məclisinin sədri: Qərbi Asiyada baş verən faciələrin dərinliyini ətimizlə, dərimizlə anlayırıq
24 مهر 1403

 İslami Şura Məclisinin sədri doktor Qalibaf Azərbaycan Respublikasının Milli Məclisinin sədri ilə görüşündə deyib: “İnanırıq ki, İran və qonşu dövlətlər iqtisadi və siyasi əlaqələrin inkişafı üçün mehriban qonşuluq siyasətinə əməl etməlidirlər, çünki bütün bu ölkələrin tərəqqisi və inkişafı regionu sülh və əmin-amanlığın bərqərar olmasına gətirib çıxara bilər.”

Müqavimətin qələbəsi qətidir
21 مهر 1403

 Bir qrup rusiyalı ekspert və Yaxın Şərq regionunun diplomatları Rusiya Yazıçılar Birliyində şəhid Seyid Həsən Nəsrullah və şəhid general-mayor Nilfuruşanın anılması və sionist rejimin cinayətlərinin pislənməsinə həsr edilmiş konfransda müqavimət hərəkatının qələbəsini vurğulayıblar.

İranla Rusiya arasında münasibətlər səmimi və stratejidir - Putin: İranla əməkdaşlıq bizim üçün yüksək prioritetdir
21 مهر 1403

İran İslam Respublikasının prezidenti Türkmənistanda Məxtumqulu Fərağinin 300-cü ildönümü münasibətilə keçirilən "Zaman və sivilizasiyaların qarşılıqlı əlaqəsi - sülh və inkişafın əsası" adlı beynəlxalq konfransda iştirak etmək çərçivəsində Rusiya prezidenti ilə görüşüb və müzakirələr aparıb.

Suverenliyi və ərazi bütövlüyünü qanuni şəkildə müdafiə etməkdə tərəddüd etmirik
19 مهر 1403

İranın BMT-nin Cenevrədəki qərargahında daimi nümayəndəliyi BMT-nin Silahsızlanma Konfransının üzvlərinə ünvanladığı müraciətdə vurğulayıb ki, İran İslam Respublikası beynəlxalq hüquq çərçivəsində öz suverenliyini və ərazi bütövlüyünü qanuni şəkildə müdafiə etməkdə tərəddüd etmir.

Beynəlxalq ictimaiyyət ABŞ-ın sanksiyalar siyasətinə qarşı vahid mövqe nümayiş etdirməlidir
18 مهر 1403

Azərbaycan Prezidenti deyib: “Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik.”

Azərbaycan Respublikasının qanunvericiləri ABŞ-la hərbi sazişdən çıxmağı tələb ediblər
17 مهر 1403

Azərbaycan Respublikasının bir qrup qanunvericisi Bakının Vaşinqtonla münasibətlərinə yenidən baxmağa və ABŞ ilə hərbi müqavilələrdən çıxmağa çağırıb.

Ermənistan sülh sazişini imzalamaq üçün  Azərbaycana çağırış edib
17 مهر 1403

Ermənistan noyabr ayında Bakıda keçirilməsi planlaşdırılan 29-cu BMT İqlim Konfransı "COP29"dan əvvəl Azərbaycan Respublikasını sülh sazişini imzalamağa dəvət edib.

Həzrət Ayətullah Xamenei: Biz öz vəzifəmizi yerinə yetirməkdə nə yubanırıq, nə də tələsirik
13 مهر 1403

İslam İnqilabının Rəhbəri vurğuladı: Biz bu vəzifəni yerinə yetirməkdə nə gecikirik, nə də tələsirik. Siyasi və hərbi qərar qəbul edənlərin fikrincə ağlabatan və düzgün olanlar vaxtında ediləcək və lazım gələrsə gələcəkdə də təkrarlanacaqdır.

İranın tranzit və qaz qovşağına çevrilməsinə dair razılaşma Tehranla Moskva arasında əməkdaşlıq nümunəsidir
12 مهر 1403

Prezident İranın regionun tranzit və qaz habına çevrilməsinə dair razılaşmanı hər iki ölkənin mənafeyini təmin etmək, həmçinin regionda davamlı inkişaf, yaxınlaşma artımı və iqtisadi sıçrayış yaratmaq üçün İran və Rusiyanın birgə əməkdaşlığının gözəl nümunəsi hesab edərək deyib:

Amerika regiondakı şərini azaltsa, müharibələr tamamilə yox olacaq
12 مهر 1403

İslam İnqilabının Ali Məqamlı Rəhbəri dedi: Bölgəmizdə problemin əsasını - bu münaqişələr, müharibələr, narahatlıqlar və düşmənçilikləri və sairi yaradan - bölgədə sülh və əmin-amanlıqdan dəm vuran ölkələrin olması təşkil edir.

Tehranda Həniyyəni terror edən İsrail oldu
11 مهر 1403

Prezident Dohaya gələrkən Bin Həməd Hava Limanında deyib: “Biz əmin-amanlıq və sülh istəyirik, Tehranda Həniyyəni terror edən İsrail oldu.”

Müharibə ardınca deyilik - Regionun təhlükəsizliyi bütün müsəlmanların təhlükəsizliyidir
11 مهر 1403

Prezident Qətər Əmiri ilə birgə mətbuat konfransında İranın müharibə ardınca olmadığını vurğulayaraq deyib: “Regionun təhlükəsizliyi bütün müsəlmanların təhlükəsizliyidir.”